Day.Az -ın məlumatına görə, bu proses nəticəsində plastikin tərkibi zəifləyə və suya mikroplastik hissəciklər qarışa bilər, hətta su plastik qoxu ala bilər.

Ekspertlər həmçinin qeyd edirlər ki, şüşə açılıb yenidən bağlandıqda və isti mühitdə saxlanıldıqda içəridə bakteriyaların sürətlə çoxalması üçün əlverişli şərait yaranır. Bu da əsas təhlükə mənbələrindən biri hesab olunur.

Mütəxəssislər plastik butulkaların uzun müddət istidə saxlanmamasını, mümkünsə şüşə qabların istifadə edilməsini tövsiyə edirlər.