- 15 июня отмечается как День национального спасения в Азербайджане
- Гейдар Алиев вернулся к власти 9 июня 1993 года
- 15 июня 1993 года Алиев был избран председателем Верховного Совета
- Алиев предотвратил распад Азербайджана и восстановил стабильность
- В октябре 1993 года Алиев был избран президентом
"Ulu Öndər Heydər Əliyevin Azərbaycan xalqı və Azərbaycan dövlətçiliyi qarşısında ən böyük xidməti olan xilaskarlıq missiyası yerinə yetirilmədən bu gün müstəqil Azərbaycan mövcud ola bilməzdi." Bu sözləri 15 iyun - Milli Qurtuluş Günü münasibətilə mətbuata verdiyi açıqlamasında Milli Məclisin deputatı Kamaləddin Qafarov deyib.
Millət vəkilinin fikrincə, məhz buna görə də Azərbaycan xalqının tarixinə yazılmış ən şərəfli və eyni zamanda da ən önəmli səhifələrdən biri olan 15 İyun - Milli Qurtuluş Günü hər il ölkəmizdə böyük coşqu və təntənə ilə qeyd edilir. "Ölkəmizin 33 il bundan əvvəl qədəm qoyduğu möhtəşəm qurtuluş və nicat yolu bu gün xalqımızı ard-arda gələn möhtəşəm qələbələr, tarixi nailiyyətlərlə müjdələyir. Milli Qurtuluş Gününün banisi Ulu Öndər Heydər Əliyev öz xalqını, Vətənini hər bir azərbaycanlı üçün örnək ola biləcək misilsiz fədakarlıqla sevirdi. Ötən əsrin sonlarında yeni bərpa olunmuş müstəqilliyimizin ilk iki ilində respublikaya rəhbərlik edən şəxslər baş verən proseslərdən düzgün nəticə çıxara bilmirdilər. Azərbaycan torpaqları Ermənistan silahlı qüvvələri tərəfindən davamlı işğal olunur, ölkədə siyasi vəziyyət getdikcə gərginləşir, əhalinin sosial durumu gündən-günə ağırlaşırdı. Bütün bunlar ölkəni dərin böhrandan çıxara biləcək, xalqı öz arxasınca aparmağa qadir olacaq liderə ehtiyac olduğunu şərtləndirirdi. Cəmiyyətin bütün təbəqələri əmin idi ki, müstəqilliyini yenicə bərpa etmiş ölkəni düşdüyü ağır və dözülməz vəziyyətdən çıxarmağa qadir yeganə şəxsiyyət məhz Heydər Əliyevdir. Xalqımız Heydər Əliyevin ətrafında sıx birləşməklə öz gələcək taleyini özü həll etmək niyyətində idi."
Daha sonra K.Qafarov 1993-cü il iyunun 9-da Ulu Öndər Heydər Əliyevin xalqın çağırışına səs verərək Bakıya qayıdışı ilə Azərbaycanın parçalanmaq və dünyanın siyasi xəritəsindən silinmək təhlükəsindən qurtulduğunu vurğulayaraq deyib: "Həmin dövrdə respublikamızı Azərbaycan Xalq Cümhuriyyətinin taleyindən daha dəhşətli hadisələr gözləyirdi. Lakin Ulu Öndərin hakimiyyətə qayıdışı ölkəmizin taleyində dönüş anı oldu. Məhz bu qayıdışla böyük qurtuluşa doğru mühüm addım atıldı. İyunun 15-də Heydər Əliyev Azərbaycan Ali Sovetinin sədri seçildi və böyük risklərə baxmayaraq, xalqın qurtuluşu missiyasını cəsarətlə öz üzərinə götürdü. Heydər Əliyev dühası Azərbaycan tarixində xilaskar və qurucu lider statusunda yer almış yeganə şəxsiyyətdir. Ümummilli Lider qısa zamanda qiyamçı dəstələrin zərərsizləşdirilməsinə nail oldu. Hakimiyyət boşluğunu aradan qaldırdı, ictimai-siyasi sabitliyin, qanunçuluğun gücləndirilməsi istiqamətində real addımlar atdı. Ulu Öndər cəmiyyətdə milli həmrəyliyin əldə olunmasına, sabitliyin möhkəmləndirilməsinə, iqtisadi tənəzzülün qarşısının alınmasına yönəlmiş ardıcıl tədbirlər həyata keçirdi. Məhz bu xilaskar missiyanın nəticəsi kimi, Azərbaycan xalqı 1993-cü ilin oktyabrında Ulu Öndər Heydər Əliyevə etimad göstərərək onu Ölkə Prezidenti seçdi. Ümummilli Lider Azərbaycana rəhbərlik etdiyi 1993-2003-cü illərdə də xilaskarlıq və quruculuq missiyası ilə xalqının yeganə ümid, nicat yeri oldu."
Millət vəkili açıqlamasının sonunda deyib:
"Bu gün Azərbaycan öz şanlı tarixinin ən şərəfli dövrünü yaşayır və Ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə bu tarixin ən önəmli səhifələrini yazır. Ulu Öndər Heydər Əliyev siyasi kursunun Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi bu gün Azərbaycanın ardıcıl əldə etdiyi qələbələrin təməlində duran ən mühüm amildir. 2003-cü ildən bu günədək əldə olunmuş böyük uğurların, möhtəşəm nailiyyətlərin pik nöqtəsi əlbəttə ki, Azərbaycanın Vətən müharibəsində əldə etdiyi tarixi qələbəsidir. 2023-cü ilin sentyabr ayında keçirilmiş lokal xarakterli antiterror tədbirinin nəticəsi olaraq ökəmizin ərazi bütövlüyü və suverenliyi tam bərpa edildi. Bununla da 30 il Azərbaycanı narahat edən Qarabağ problemi birdəfəlik öz həllini tapdı. Bu gün azad edilmiş torpaqlarda ən müasir infrastruktur layihələrinin təməli qoyulur, Şuşada, Xankəndidə Novruz tonqalları alovlandırılır, Böyük Qayıdışın reallaşdırılması istiqamətində təxirəsalınmaz tədbirlər həyata keçirilir. Heç bir şübhə yoxdur ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan daha uca zirvələr fəth edəcək, düşmənin yerlə-yeksan etdiyi Qarabağ isə dünyanın ən gözəl guşələrindən birinə çevriləcək".
Источник: news.day.az
Комментарии
Загрузка…
Оставить комментарий