- В январе-мае 2026 года в Доме МСБ Шуши предпринимателям оказано около 560 услуг.
- Наибольшее количество обращений было в Азеришыг (219), Государственную налоговую службу (161), Азеригаз (122) и Агентство водных ресурсов (50).
- Дом МСБ Шуши начал работу в феврале 2025 года и является структурным подразделением Агентства развития малого и среднего бизнеса (KOBİA).
- В Доме МСБ предоставляется более 90 услуг от 8 государственных и частных организаций.
- Услуги включают регистрацию бизнеса, налоговые услуги, получение лицензий и разрешений, подключение к коммунальным сетям и другие.
İşğaldan azad edilmiş ərazilərdə biznes fəaliyyətinin təşviqi və sahibkarların dövlət xidmətlərinə rahat çıxışının təmin olunmasına dəstək verən "Şuşa KOB evi"ndə 2026-cı ilin yanvar-may aylarında sahibkarlara 560-a yaxın xidmət göstərilib.
KOB evinə daxil olan müraciətlər əsasən biznes fəaliyyətinin təşkili, kommunal şəbəkələrə qoşulma və vergi məsələləri ilə bağlı olub. Belə ki, 2026-cı ilin yanvar-may aylarında "Şuşa KOB evi"nə ən çox müraciət edilən "Azərişıq" ASC - 219 (39,18%), İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti - 161 (28,80%), "Azəriqaz" İB - 122 (21,82%) və Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi - 50 (8,94%) tərəfindən göstərilən xidmətlər olub.
"Şuşa KOB evi"nə Qarabağ iqtisadi rayonuna daxil olan bütün şəhər və rayonlardan sahibkarlar müraciət edə bilərlər.
Qeyd edək ki, "Şuşa KOB evi" 2025-ci ilin fevral ayında fəaliyyətə başlayıb və Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) struktur bölməsidir. Burada sahibkarlara biznesin qeydiyyatı, vergi xidmətləri, lisenziya və icazələrin alınması, investisiya təşviqi sənədinin verilməsi, qida təhlükəsizliyi, baytarlıq və bitki mühafizəsi, kommunal xidmətlərə qoşulma və digər istiqamətlər üzrə xidmətlər göstərilir. Ümumilikdə, "Şuşa KOB evi"ndə sahibkarlara 8 dövlət qurumu və özəl təşkilat tərəfindən 90-dan çox xidmət təqdim olunur.
"Şuşa KOB evi" Şuşa şəhərində Dövlət Xidmətləri Mərkəzinin binasında yerləşir. KOB evində göstərilən xidmətlər barədə ətraflı məlumatı aşağıdakı keçiddən əldə etmək olar: https://smb.gov.az/az/nav/kob-evleri
Источник: news.day.az
Комментарии
Загрузка…
Оставить комментарий