Day.Az Trend -ə istinadən xəbər verir ki, bunu mədəniyyət naziri Adil Kərimli Milli Məclisin Mədəniyyət komitəsində keçirilən "Kitabxana sisteminin mövcud vəziyyəti və inkişaf perspektivləri" mövzusunda ictimai müzakirədə deyib.

Nazir bildirib ki, bu istiqamətdə artıq işlər görülür:

"Xüsusilə Milli Kitabxanamız bu sahədə çox fəaldır. Məsələn, Gürcüstan və digər xarici ölkələrin zəngin milli kitabxanaları ilə qarşılıqlı və fəal əməkdaşlıq mövcuddur. Ən azı surətlərin çıxarılaraq ölkəyə gətirilməsi və Milli Kitabxanada saxlanılması istiqamətində müntəzəm iş aparılır. Hədəflər isə daha böyükdür. Hətta orijinal nüsxələrin ölkəyə gətirilməsi istiqamətində də ikitərəfli müqavilələr çərçivəsində danışıqlar aparılır və düşünürük ki, gələcəkdə bu sahədə daha geniş imkanlara nail olunacaq".