- С 2025 года начнется аттестация библиотекарей
- В этом году аттестация пройдет для 1000 работников IT-специальностей в библиотеках
- Цель реформ - качественные, профессиональные и устойчивые библиотечные услуги
Day.Az Trend -ə istinadən xəbər verir ki, bunu mədəniyyət naziri Adil Kərimli Milli Məclisin Mədəniyyət komitəsində keçirilən "Kitabxana sisteminin mövcud vəziyyəti və inkişaf perspektivləri" mövzusunda ictimai müzakirədə deyib.
Nazir bildirib ki, bu prosesdə kadrların dəyərləndirilməsi üçün gələn ildən kitabxanaçıların attestasiyası həyata keçiriləcək.
"Bu ildən informasiya texnologiyaları ixtisasları üzrə kitabxanalarda çalışan 1 000-dək şəxsin attestasiyası həyata keçiriləcək. Attestasiya nəticələrinə görə peşəkar, vəzifəsinə uyğun olan şəxslərin işlərində qalacaq və yeni sistemdə onların prosesə cəlb ediləcək. Kimlər peşəkardır və kimlər bu sahədə fəaliyyəti davam etdirməyə uyğundursa, fəaliyyətini davam etdirəcəklər. Kimlərsə uyğunsuz hesab ediləcəksə, onlarla bağlı qanunvericiliyə uyğun olaraq müvafiq mexanizmlər tətbiq olunacaq".
Источник: news.day.az
Комментарии
Загрузка…
Оставить комментарий