- Итальянские ученые выяснили, что один скан мозга может предсказать начало деменции лучше, чем долгосрочное наблюдение.
- Исследование опубликовано в журнале Cortex, в нем участвовали 75 человек: здоровые пожилые, пациенты с легкими когнитивными нарушениями и деменцией.
- Уменьшение объема таламуса является более точным предиктором будущих нарушений памяти, чем гиппокамп.
- Разработана математическая модель, прогнозирующая развитие деменции в течение 21 месяца у пациентов с легкими когнитивными нарушениями.
Day.Az xəbər verir ki, tədqiqat Cortex jurnalında dərc olunub və 75 iştirakçı - sağlam yaşlılar, yüngül koqnitiv pozğunluğu olan və demensiyası olan şəxsləri əhatə edib.
Tədqiqat nəticələrinə görə, ənənəvi marker hesab edilən hipokampus əvəzinə, talamus həcminin azalması gələcək yaddaş pozuntularının daha dəqiq göstəricisidir. Talamus beynin müxtəlif hissələri arasında məlumat ötürülməsində əsas rol oynayır və həcminin azalması erkən mərhələdə beyin şəbəkələrində pozuntuların olduğunu göstərə bilər.
Alimlər MRT məlumatlarından istifadə edərək yüngül idrak pozğunluğu olan xəstələrdə növbəti 21 ay ərzində demensiyanın inkişafını proqnozlaşdıran riyazi model hazırlayıblar. Bu yanaşma sayəsində risk qrupuna daxil şəxslər sürətli və səmərəli şəkildə müəyyən edilə bilər. Gələcəkdə tədqiqatın nəticələri daha böyük xəstə qruplarında təsdiqlənəcək.
Источник: news.day.az
Комментарии
Загрузка…
Оставить комментарий