- Президент Словении Наташа Пирц Музар направила письмо президенту Азербайджана Ильхаму Алиеву.
- Письмо содержит поздравление с Днем независимости Азербайджана.
- Выражена удовлетворенность конструктивным сотрудничеством и дружественными отношениями между странами.
- Подчеркнута приверженность международной стабильности и устойчивому развитию.
- Высоко оценены усилия Азербайджана по установлению мира и стабильности в Южном Кавказе.
Day.Az AZƏRTAC -a istinadən xəbər verir ki, məktubda qeyd olunub:
"Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə Sloveniya Respublikasının xalqı adından və öz adımdan Sizi səmimi-qəlbdən təbrik edirəm.
Ölkələrimiz arasındakı davamlı konstruktiv əməkdaşlıq və dostluq münasibətlərindən çox məmnunam. Əminəm ki, qarşılıqlı maraq doğuran bütün istiqamətlərdə ikitərəfli əlaqələrimizi dərinləşdirəcək və bir çox sahələrdə əməkdaşlığı daha da inkişaf etdirəcəyik.
Həm Sloveniya, həm də Azərbaycan beynəlxalq sabitliyə və davamlı inkişafa sadiq qaldığı üçün inanıram ki, Avropa və beynəlxalq birlik çərçivəsində əməkdaşlığımız daha da genişlənəcək və möhkəmlənəcək.
Cənubi Qafqaz regionunda sülhün, sabitliyin və yaxşı münasibətlərin qurulması istiqamətində davam edən səylərinizi yüksək qiymətləndirirəm və Sizə uğurlar arzulayıram.
Zati-aliləri, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm".
Источник: news.day.az
Комментарии
Загрузка…
Оставить комментарий