- В Азербайджане будет создан единый реестр государственных активов.
- Электронная система контрактов уже введена в эксплуатацию.
- Цель — автоматизировать формирование 60-70% бюджета.
- Электронное казначейство и контракты снизят финансовые риски.
- Министр финансов Сахиль Бабаев выступил с докладом в Милли Меджлисе.
Trend xəbər verir ki, bunu maliyyə naziri Sahil Babayev Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında "Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsinin icrası haqqında" qanun layihəsinin müzakirəsi zamanı deyib.
Nazir bildirib ki, bu sistem tam formalaşdıqdan sonra dövlət əmlakı, nəqliyyat vasitələri, inventar və digər dövlət aktivləri üzrə vahid reyestr yaradılacaq. Eyni zamanda dövlət aktivlərinin balans dəyəri və amortizasiya göstəriciləri üzrə vahid məlumat bazası formalaşacaq:
"Bu isə büdcənin cari saxlanma və istismar xərclərinin daha dəqiq və avtomatlaşdırılmış şəkildə planlaşdırılmasına imkan verəcək.
Məqsədimiz ondan ibarətdir ki, gələcəkdə büdcənin təxminən 60-70 faizi avtomatlaşdırılmış mexanizmlər əsasında formalaşsın. Zəruri məlumat bazaları və elektron sistemlər tam hazır olduqdan sonra bu istiqamətdə addımlar daha da sürətləndiriləcək".
S.Babayev əlavə edib ki, debitor borcların və digər maliyyə risklərinin qarşısının alınmasında da elektron xəzinədarlıq və elektron müqavilə sistemlərinin rolu böyükdür:
"Bu sistemlər geniş tətbiq olunduqca təminatsız öhdəliklərin və nəzarətsiz borcların yaranması imkanları əhəmiyyətli dərəcədə azalacaq.
Dövlət müəssisələrinin elektron maliyyə hesabatlılığı və audit mexanizmləri də dövlət maliyyəsinin idarə olunmasına daha sistemli və operativ nəzarət etməyə imkan verəcək".
Nazir vurğulayıb ki, icra prosesində müəyyən çətinliklər də yaranır:
"Çünki bəzi layihələrin prosedur baxımından vaxtında və keyfiyyətli şəkildə həyata keçirilməsi kifayət qədər zaman tələb edir".
Источник: news.day.az
Комментарии
Загрузка…
Оставить комментарий