- Президент Азербайджана подписал указ о внесении изменений в указ от 19 декабря 2018 года
- Рыболовные предприятия смогут получать льготные кредиты через Агентство аграрного кредита и развития
- Средства агентства будут направлены на финансирование льгот для сельхозтехники, оборудования для рыболовства и аквакультуры, ирригационных систем и племенных животных
Azərbaycan Respublikası Prezidentinin
"Kənd təsərrüfatına dövlət dəstəyinin və aqrar sahədə lizinq fəaliyyətinin təkmilləşdirilməsi haqqında"
19 dekabr 2018-ci il tarixli fərmanında dəyişiklik edib.
Day.Az AZƏRTAC -a istinadən xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev yeni fərman imzalayıb.
Fərmana əsasən, Azərbaycanda balıqçılıq müəssisələri də Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin (AKİA) xətti ilə güzəştli kredit ala biləcəklər.
Belə ki, bundan sonra Agentliyin vəsaiti kənd təsərrüfatı texnikası və texnoloji avadanlıqlarına, balıqçılığın, o cümlədən akvakulturanın həyata keçirilməsi üçün istifadə olunan texnika və texnoloji avadanlıqlara, suvarma sistemləri dəstlərinə və avadanlıqlarına, habelə damazlıq heyvanlara verilən güzəştlərin maliyyələşdirilməsinə yönəldiləcək.
Источник: news.day.az
Комментарии
Загрузка…
Оставить комментарий