AZƏRTAC -ın bölgə müxbiri xəbər verir ki, səhər saatlarında Qaraməryəm-İsmayıllı-Şəki avtomobil yolunun rayonun Sincan kəndi ərazisindən keçən hissəsində ağacın yola aşması faktı qeydə alınıb.

Hadisə yerinə dərhal Dövlət Yol Polisinin əməkdaşları cəlb olunaraq nəzarət həyata keçiriblər. Həmçinin aidiyyatı qurumun əməkdaşları ağacı doğrayaq ərazidən götürüb, yol qırıntılardan təmizlənib və hərəkət tam bərpa olunub.