- В мероприятиях Bundesver приняли участие около 300 000 человек
- Число посетителей выросло на 70 000 по сравнению с прошлым годом
- Мероприятия прошли на 10 военных объектах Германии
- Канцлер Фридрих Мерц посетил военную авиабазу Лааге
- Планируется увеличить численность Бундесвера до 260 000 человек
AZƏRTAC xəbər verir ki, bu barədə Almaniya Müdafiə Nazirliyi məlumat yayıb.
Müdafiə naziri Boris Pistorius ziyarətçi sayının ötən illə müqayisədə 70 min nəfər artdığını bildirərək, bunun cəmiyyətin Bundesverə marağının artmasını göstərdiyini vurğulayıb. Onun sözlərinə görə, tədbir ordu ilə cəmiyyət arasında əlaqələrin möhkəmləndirilməsinə xidmət edir.
Nazir Almaniyada demokratiyanın müdafiəsinin vacibliyini qeyd edərək, hərbi qulluqçuların cəmiyyətin ayrılmaz hissəsi olduğunu bildirib. O, hərbçilərin xidmətinin hörmət və təşəkkürə layiq olduğunu deyib.
Bu il ölkənin 10 hərbi obyektində təşkil olunan tədbirlər çərçivəsində Bundesver hərbi texnikasını, nəqliyyat vasitələrini və aviasiya imkanlarını nümayiş etdirib.
Federal Kansler Fridrix Merts isə Rostok yaxınlığındakı Laaqe hərbi aviabazasını ziyarət edib.
Tədbirin əsas məqsədlərindən biri də gənclərin hərbi xidmətə marağının artırılmasıdır. Almaniya hökuməti NATO qarşısında götürdüyü öhdəliklərə uyğun olaraq Bundesverin şəxsi heyətinin sayını bir neçə il ərzində 260 min nəfərə çatdırmağı planlaşdırır. Hazırda orduda təxminən 185 min hərbçi xidmət edir.
Источник: news.day.az
Комментарии
Загрузка…
Оставить комментарий