Day.Az -a Yasamal Rayon İcra Hakimiyyətindən bildirilib ki, sözügedən ərazidə istismar müddətini başa vurmuş, qəzalı vəziyyətdə olan və şəhərin estetik görünüşünə xələl gətirən binaların söküntüsü həyata keçirilir.

"Bu proses qüvvədə olan qanunvericiliyin tələblərinə uyğun şəkildə və sakinlərə müvafiq kompensasiyalar ödənilməklə aparılır. Qeyd edilməlidir ki, sözügedən mənzilin sahibi N. Nəbiyev tərəfindən cari ilin 23 aprel tarixində müvafiq razılıq protokolu imzalanmış, bununla da ona təklif olunan kompensasiya məbləği ilə razılaşdığı təsdiq edilmişdir. Bu səbəbdən mənzilin sahibinin məlumatı və razılığı olmadan söküntü aparılması barədə yayılan iddialar həqiqəti əks etdirmir. Eyni zamanda vurğulayırıq ki, sözügedən ərazidə söküntü işləri aidiyyəti qurumların iştirakı ilə, tərəflərin qarşılıqlı razılığı əsasında və qanunvericiliyin tələblərinə uyğun qaydada həyata keçirilir. Sonda media nümayəndələrini yalnız rəsmi mənbələrə istinad etməyə və təsdiqlənməmiş məlumatların yayılmamasına çağırırıq", - deyə məlumatda qeyd olunub.

"Bu proses qüvvədə olan qanunvericiliyin tələblərinə uyğun şəkildə və sakinlərə müvafiq kompensasiyalar ödənilməklə aparılır.

Qeyd edilməlidir ki, sözügedən mənzilin sahibi N. Nəbiyev tərəfindən cari ilin 23 aprel tarixində müvafiq razılıq protokolu imzalanmış, bununla da ona təklif olunan kompensasiya məbləği ilə razılaşdığı təsdiq edilmişdir. Bu səbəbdən mənzilin sahibinin məlumatı və razılığı olmadan söküntü aparılması barədə yayılan iddialar həqiqəti əks etdirmir.

Eyni zamanda vurğulayırıq ki, sözügedən ərazidə söküntü işləri aidiyyəti qurumların iştirakı ilə, tərəflərin qarşılıqlı razılığı əsasında və qanunvericiliyin tələblərinə uyğun qaydada həyata keçirilir.

Sonda media nümayəndələrini yalnız rəsmi mənbələrə istinad etməyə və təsdiqlənməmiş məlumatların yayılmamasına çağırırıq", - deyə məlumatda qeyd olunub.