"Neftçi" klubunun keçmiş prezidenti Sadıq Sadıqov vəfat edib. Day.Az xəbər verir ki, bu barədə mərhumun ailəsi məlumat verib. Sadıq Sadıqov 60 yaşında ürək tutmasından dünyasını dəyişib. Sabiq prezident 2009-2015-ci illərdə "ağ-qaralar"ın rəhbəri olub.