- Верховный лидер Ирана Али Хаменеи помиловал или смягчил наказание более 2000 заключенных по случаю праздника Гадир Хум.
- Помилование основано на статье 110 Конституции Ирана, позволяющей лидеру помиловать по представлению главы судебной власти.
- Помилование не распространяется на осужденных за вооруженную борьбу против государства, незаконный оборот наркотиков, вооруженное ограбление, контрабанду оружия, похищение людей, взяточничество и хищения.
Day.Az xəbər verir ki, bu barədə Farsa agentliyi məlumat yayıb.
Məlumata görə, bu gün Xamenei bir müddət əvvəl İran ədliyyəsinin rəhbəri Qolamhüseyn Mohseni Eceyin amnistiya ilə bağlı vəsatətini təmin edib.
Qeyd edək ki, İran Konstitusiyanın 110-cu maddəsinə əsasən, Ədliyyə sisteminin rəhbərinin təqdimatı əsasında ölkə rəhbəri məhkumları əfv etmək və ya onların cəzalarını azaltmaq səlahiyyətinə malikdir.
Lakin bu əfv müəyyən kateqoriyadan olan məhkumlara şamil edilmir. Bunlara ölkəyə qarşı silahlı mübarizədə iştirak etdiyinə görə məhkum olunmuş şəxslər, silahlı və ya mütəşəkkil narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olanlar, silahlı soyğunçuluq törədənlər, silah qaçaqmalçıları, adam oğurluğuna, rüşvətxorluğa və mənimsəməyə görə məhkum edilmiş şəxslər daxildir.
Источник: news.day.az
Комментарии
Загрузка…
Оставить комментарий