O, qeyd edib ki, səyahət üçün xüsusən Antalya, Kuşadası və Bodrum şəhərləri seçilir.
"Bununla yanaşı, dünyada baş verən geosiyasi vəziyyət turizm marşrutlarına da təsir edir və bəzi istiqamətlərdə dəyişikliklərə səbəb olub. Məsələn, Asiya və Şərq ölkələrinə, həmçinin Monteneqro, Krit adası və Misirə səyahətlər yay mövsümündə daha çox populyardır. Turistlərin seçimində qiymət və təhlükəsizlik əsas rol oynayır. Bu baxımdan Türkiyə həm xidmət keyfiyyəti, həm qiymət münasibəti, həm də dostluq əlaqələri səbəbilə ön sırada dayanır. Azərbaycan vətəndaşları Türkiyəyə səfər etdikdə özlərini doğma ölkələrinə getmiş kimi hiss edirlər ki, bu da milli ruh və mədəni bağlılığı ifadə edir. Səyahət sərhəd tanımır və mədəniyyətin bir qoludur. İnsanlar müxtəlif ölkələri gəzərək digər xalqların mədəniyyətini, tarixini və mentalitetini yaxından öyrənirlər", - deyə o bildirib.
"Bununla yanaşı, dünyada baş verən geosiyasi vəziyyət turizm marşrutlarına da təsir edir və bəzi istiqamətlərdə dəyişikliklərə səbəb olub. Məsələn, Asiya və Şərq ölkələrinə, həmçinin Monteneqro, Krit adası və Misirə səyahətlər yay mövsümündə daha çox populyardır.
Turistlərin seçimində qiymət və təhlükəsizlik əsas rol oynayır. Bu baxımdan Türkiyə həm xidmət keyfiyyəti, həm qiymət münasibəti, həm də dostluq əlaqələri səbəbilə ön sırada dayanır.
Azərbaycan vətəndaşları Türkiyəyə səfər etdikdə özlərini doğma ölkələrinə getmiş kimi hiss edirlər ki, bu da milli ruh və mədəni bağlılığı ifadə edir. Səyahət sərhəd tanımır və mədəniyyətin bir qoludur. İnsanlar müxtəlif ölkələri gəzərək digər xalqların mədəniyyətini, tarixini və mentalitetini yaxından öyrənirlər", - deyə o bildirib.
R.Quliyev vurğulayıb ki, səyahət xalqlar arasında inteqrasiyanı gücləndirir və müharibə risklərini azaldır.
"Qapalı dövlətlər daha çox münaqişə riski daşıyır, açıq və humanist siyasət yürüdən ölkələr isə daha stabil və təhlükəsizdir. Ölkəmiz bütün dünya xalqları üçün humanist prinsipləri qoruyur və turistlərin, tələbələrin, investorların və diplomatik nümayəndələrin ölkəyə rahat səfər etməsinə şərait yaradır. Bu baxımdan Azərbaycan regionda unikal mövqeyə malikdir. Turizm baxımından Azərbaycanda təhlükəsizlik və zəngin təbiət xüsusiyyətləri ön plana çıxır. İnsanlar ölkəmizə gələrək füsunkar təbiəti, tarixi məkanları və mədəni irsi yaxından kəşf edə bilərlər", - ekspert bildirib.
"Qapalı dövlətlər daha çox münaqişə riski daşıyır, açıq və humanist siyasət yürüdən ölkələr isə daha stabil və təhlükəsizdir. Ölkəmiz bütün dünya xalqları üçün humanist prinsipləri qoruyur və turistlərin, tələbələrin, investorların və diplomatik nümayəndələrin ölkəyə rahat səfər etməsinə şərait yaradır. Bu baxımdan Azərbaycan regionda unikal mövqeyə malikdir.
Turizm baxımından Azərbaycanda təhlükəsizlik və zəngin təbiət xüsusiyyətləri ön plana çıxır. İnsanlar ölkəmizə gələrək füsunkar təbiəti, tarixi məkanları və mədəni irsi yaxından kəşf edə bilərlər", - ekspert bildirib.
Источник: news.day.az
Комментарии
Загрузка…
Оставить комментарий