Natrium suyu toxumalarda saxladığı halda, kalium onun xaric olunmasına kömək edir. Buna görə də kremlər və gözaltı yamaqlar yalnız müvəqqəti effekt verir, problemin köklü həlli isə düzgün qidalanmadan keçir.
Şişkinliyin qarşısını almaq üçün ilk növbədə duzlu qidaların, hazır sousların, kolbasa məhsullarının, alkoqolun və həddindən artıq şəkərli qidaların istifadəsini azaltmaq tövsiyə olunur. Mütəxəssislər bildirirlər ki, şəkər də insulin səviyyəsini artıraraq natriumun orqanizmdə saxlanmasına səbəb ola və ödem yarada bilər.
Kaliumla zəngin avokado, banan, qarpız, yemiş, şirin kartof və ispanaq şişkinliyə qarşı ən faydalı məhsullar hesab edilir. Bundan əlavə, cəfəri, kərəviz, xiyar, yaşıl çay, zəncəfil, sarımsaq, ananas, papaya, eləcə də giləmeyvə və sitrus meyvələri artıq mayenin xaric olunmasına, iltihabın azalmasına və damarların möhkəmlənməsinə kömək edir. Həkimlər həmçinin vurğulayırlar ki, ödemdən qorunmağın ən vacib yollarından biri kifayət qədər su içməkdir.
Источник: news.day.az
Комментарии
Загрузка…
Оставить комментарий