- В поселке Масазыр Апшеронского района обнаружен нелегальный цех по забою птицы.
- Выявлено 612 голов домашней птицы без сопроводительных документов и ветеринарной экспертизы.
- Процесс забоя не соответствовал санитарно-гигиеническим нормам и требованиям технических нормативных актов.
- Деятельность цеха приостановлена, продукция помещена на специальное хранение.
- В отношении владельца начато административное производство.
"AQTA hara baxır?" layihəsinin növbəti buraxılışında quş əti istehsalı müəssisəsində qida təhlükəsizliyi tələblərinə əməl olunması, sanitar-gigiyenik vəziyyət, istehsal prosesinin düzgün təşkili və müşayiətedici sənədlərin mövcudluğu diqqət mərkəzində saxlanılıb.
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin İnformasiya təminatı və innovativ həllər şöbəsindən Day.Az -a verilən məlumata görə, Abşeron rayonunun Masazır qəsəbəsində qanunsuz fəaliyyət göstərən quş kəsimi sexi aşkarlanıb. Yoxlama zamanı müəssisədə müşayiətedici sənədləri olmayan və baytarlıq ekspertizasından keçirilməyən ümumilikdə 612 baş ev quşu aşkar edilib. Həmçinin kəsim prosesinin sanitar-gigiyenik qaydalara və texniki normativ-hüquqi aktların tələblərinə uyğun aparılmadığı müəyyən olunub.
Faktla bağlı qanunvericiliyin tələblərinə uyğun tədbirlər görülərək, quş kəsimi və məhsulların dövriyyəsi qadağan edilib. Məhsullar xüsusi saxlanca yerləşdirilib. Sahibkar barəsində inzibati icraata başlanılıb, müəssisənin fəaliyyəti dayandırılıb.
Daha ətraflı link vasitəsilə tanış ola bilərsiniz.
Комментарии
Загрузка…
Оставить комментарий