"Hörmüz boğazı ətrafında yaranan gərginlik uzun müddətli davam edərsə qlobal inflyasiya dalğasının şiddətlənməsi ilə nəticələnə bilər".

Bunu Day.Az -a açıqlamasında iqtisadçı Günay Hüseynova deyib.

O, Hörmüz boğazı ətrafında baş verən ABŞ-İran gərginliyinin dünya iqtisadiyyatında bahalaşmaya səbəb olması faktorundan danışıb.

İqtisadçı bildirib ki, baş verən gərginlikləkdən dolayı enerji sektorunda dalğalanma gözlənilsə də birbaşa və dolayı yolla müxtəlif sahələrdə qiymət artımı yaranmasına səbəb olacaq.

İlk növbədə ərzaq məhsullarının qiyməti daşınma və logistika xərclərinin artması ilə yüksələcək. Bundan əlavə, enerji sektorundakı qiymət artımı sənaye sahəsində də inflyasiyaya səbəb olacaq. Həmçinin kimya sənayesi, plastik məhsul istehsalı, nəqliyyat və xüsusilə hava nəqliyyatında qiymət artımları müşahidə oluna bilər. Azərbaycan iqtisadiyyatına gəlincə, ölkəmizin enerji ixracatçısı olması səbəbindən bu təsirlər birbaşa ciddi fəsad yaratmayacaq. Lakin ixracatçı ölkədə baş verən inflyasiya daxili bazara təsirsiz ötüşmür; bu səbəbdən həmin ölkədən idxal etdiyimiz məhsulların qiymətində artım müşahidə oluna bilər. Ümumilikdə isə hər hansı bir narahatlığa ehtiyac yoxdur", - o deyib.

İlk növbədə ərzaq məhsullarının qiyməti daşınma və logistika xərclərinin artması ilə yüksələcək. Bundan əlavə, enerji sektorundakı qiymət artımı sənaye sahəsində də inflyasiyaya səbəb olacaq. Həmçinin kimya sənayesi, plastik məhsul istehsalı, nəqliyyat və xüsusilə hava nəqliyyatında qiymət artımları müşahidə oluna bilər.

Azərbaycan iqtisadiyyatına gəlincə, ölkəmizin enerji ixracatçısı olması səbəbindən bu təsirlər birbaşa ciddi fəsad yaratmayacaq. Lakin ixracatçı ölkədə baş verən inflyasiya daxili bazara təsirsiz ötüşmür; bu səbəbdən həmin ölkədən idxal etdiyimiz məhsulların qiymətində artım müşahidə oluna bilər.

Ümumilikdə isə hər hansı bir narahatlığa ehtiyac yoxdur", - o deyib.