- Гидрометеорологическая служба объявила желтое и оранжевое предупреждение из-за ветреной погоды в Баку и Апшеронском полуострове.
- Главное управление государственной дорожной полиции призывает участников движения быть осторожными и соблюдать ПДД.
- Водителям грузовиков с прицепами, тентами и длинномеров рекомендуется быть особенно ответственными и проверять упаковку груза.
- Рекомендуется парковать транспортные средства в закрытых местах, избегая скользких и опрокидывающихся объектов.
- Пешеходам также советуют учитывать погодные условия и избегать опасного поведения на дорогах.
Baş Dövlət Yol Polisi İdarəsi intensiv yağışlardan sonra növbəti əlverişsiz hava şərtlərinin yollarda yarada biləcək xoşagəlməz halların qarşısının alınması üçün hərəkət iştirakçılarından ehtiyatlı olmağı, yol hərəkəti qaydalarına ciddi riayət etməyi xahiş edir.
Day.Az xəbər verir ki, bu barədə Baş DYP İdarəsinin küləkli hava ilə bağlı yol hərəkəti iştirakçılarına müraciətində deyilir.
"Qoşqulu, tentli, uzun ölçülü yük avtomobillərinin sahibləri və sürücüləri daha məsuliyyətli olmalı, küləkli hava şəraitində hərəkətin çətin və təhlükəli olduğunu unutmamalı, daşıdıqları yükün qablaşdırılmasına xüsusi diqqət yetirməlidirlər.
Sürücülərə nəqliyyat vasitələrini sürüşmə, aşma və digər bu kimi təhlükə ehtimalı olan obyektlərdən kənarda saxlamaq, park edərkən qapalı məkanlara üstünlük vermək tövsiyə olunur.
Həmçinin, piyadalar da mövcud hava şəraitini nəzərə almalı, yollarda özlərinin və digər hərəkət iştirakçılarının həyat və sağlamlığına təhlükə yaradan davranışlardan çəkinməlidirlər",-deyə müraciətdə bildirilir.
Источник: news.day.az
Комментарии
Загрузка…
Оставить комментарий