Day.Az bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) istinadən xəbər verir.

Məlumata əsasən, Nəsirəddin Tusi adına Klinikanın və Mərkəzi Gömrük Hospitalının qarşılarında "3.28" - "durmaq qadağandır" yol nişanı quraşdırılaraq minib-düşmə yerləri təşkil olunub.

Hər iki ünvanda "5.14" - "minik taksilərinin duracaq yeri" yol nişanları yerləşdirilməklə taksilərin sərnişinləri düşürmələri üçün şərait yaradılıb.