Bu barədə Day.Az -а SOCAR-dan məlumat verilib.

Görüşdə şirkətlər arasında Azərbaycanda və digər ölkələrdə enerji sektorunun müxtəlif seqmentləri üzrə potensial əməkdaşlıq məsələləri müzakirə olunub. Bu xüsusda, bu gün SOCAR və "Shell" şirkəti arasında imzalanmış Anlaşma Memorandumunun əhəmiyyəti qeyd olunub.

Tərəflər "upstream", "midstream", "downstream", insan kapitalının inkişafı, tədqiqat və innovasiya, eləcə də süni intellektin tətbiqi sahələrində əməkdaşlıq imkanlarını nəzərdən keçirib, qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar.