- Тарифный совет утвердил верхние пределы цен на 184 лекарственных средства.
- Решение принято на очередном заседании Совета.
- Цены регулируются в соответствии с правилами, утвержденными постановлением Кабинета Министров от 3 июня 2015 года.
- При определении цен учитывались торговое название, фармацевтическая форма, название действующего вещества, дозировка, упаковка, количество и страна производства.
- Полный список препаратов размещен на официальном сайте Тарифного совета.
Tarif Şurası daha 184 dərman vasitəsinin qiymətinin yuxarı həddini təsdiqləyib.
Day.Az xəbər verir ki, qərar Şuranın növbəti iclasında qəbul olunub.
Məlumata görə, dərman vasitələrinin qiymətləri Nazirlər Kabinetinin 3 iyun 2015-ci il tarixli 209 nömrəli Qərarı ilə təsdiq edilmiş qaydalara və Tarif (qiymət) Şurasının 21 iyul 2015-ci il tarixli qərarı ilə təsdiqlənmiş təlimata uyğun olaraq tənzimlənib.
Qiymətlərin müəyyənləşdirilməsi zamanı dərman vasitələrinin ticarət adı, farmasevtik forması, təsiredici maddəsinin adı, dozası, ticarət qablaşdırması, miqdarı və istehsal ölkəsi nəzərə alınıb.
Qiymətlərinin yuxarı həddi təsdiq edilən 184 dərman vasitəsinin tam siyahısı Tarif (qiymət) Şurasının rəsmi internet səhifəsinin "Dərman vasitələri" bölməsində yerləşdirilib.
Qeyd edək ki, Tarif (qiymət) Şurasının qəbul etdiyi qərarlarla qurumun rəsmi internet saytının "Şuranın qərarları" bölməsində tanış olmaq mümkündür.
Источник: news.day.az
Комментарии
Загрузка…
Оставить комментарий