- 1 июня, в Международный день защиты детей, компания Avrora Qrup организовала поездку для детей из детского дома 'Nur' в Карабах.
- Маршрут включал города Шуша и Ханкенди, где дети посетили исторические памятники.
- В развлекательной части дети играли на Джидыр-дюзю и участвовали в шоу-программе.
- Проект 'Azərbaycanı tanıyaq' направлен на укрепление патриотизма и знакомство с культурным наследием.
- Компания планирует серию мероприятий для детей в рамках корпоративной социальной ответственности на 2026 год.
Bu il layihənin marşrutu Qarabağ bölgəsini əhatə edib. Səfər zamanı uşaqlar Şuşa və Xankəndi şəhərlərində yerləşən tarixi abidələrlə tanış olub, regionun zəngin mədəni irsi haqqında məlumat alıblar. Tədbirin əyləncə hissəsində uşaqlar Cıdır düzündə vaxt keçirərək müxtəlif oyunlarda iştirak ediblər. Səfər proqramı Xankəndi şəhərində təşkil olunmuş xüsusi nahar və uşaqlar üçün hazırlanmış şou-əyləncə proqramı ilə tamamlanıb.
Məlumat üçün bildirək ki, "Azərbaycanı tanıyaq" layihəsi Avrora Qrupun korporativ sosial məsuliyyət strategiyasının əsas istiqamətlərindən biri olub, uşaqlarda vətənpərvərlik hisslərinin gücləndirilməsinə, onların ölkəmizin tarixi və mədəni irsi ilə yaxından tanış olmasına xidmət edir.
Qeyd edək ki, Avrora Qrup 2026-cı ilin korporativ sosial məsuliyyət proqramında uşaqlara xüsusi yer ayırıb. Şirkət il ərzində bu istiqamətdə silsilə tədbirlər həyata keçirməyi planlaşdırır. Təşəbbüsün əsas məqsədi gələcəyimiz olan uşaqların üzündə təbəssüm yaratmaq, onların hərtərəfli inkişafına töhfə vermək və müxtəlif istiqamətlərdə davamlı dəstək göstərməkdir. Şirkət fəaliyyəti boyu sosial məsuliyyət prinsipinə sadiq qalaraq cəmiyyətin müxtəlif təbəqələrinə, xüsusilə də uşaqlara dəstək məqsədilə mütəmadi olaraq xeyriyyə və maarifləndirmə layihələri həyata keçirir.
Источник: news.day.az
Комментарии
Загрузка…
Оставить комментарий