- Компания Nar подарила 20 ноутбуков Республиканскому лицею химии и биологии в Баку по случаю Международного дня защиты детей.
- Директор лицея и представитель Nar подчеркнули важность качественного образования и использования современных технологий.
- Nar определяет поддержку образования и молодежи как одно из основных направлений корпоративной социальной ответственности.
- Компания также награждает студентов с высокими результатами на вступительных экзаменах и организует профессиональное обучение для людей с ограниченными возможностями.
Tədbirdə iştirak edən Kimya-biologiya təmayüllü Respublika liseyinin direktoru və "Nar"ın nümayəndəsi bildirib ki, gənclərin keyfiyyətli təhsil alması, müasir texnologiyalardan istifadə imkanlarının genişləndirilməsi ölkənin gələcək inkişafı baxımından mühüm əhəmiyyət daşıyır. Qeyd olunub ki, təqdim edilən noutbuklar şagirdlərin bilik və bacarıqlarının inkişafına töhfə verəcək, təhsilə yönəlmiş bu cür təşəbbüslər isə gələcəkdə ölkənin elm və iqtisadiyyatına dəyər qatacaq peşəkar kadrların yetişməsinə xidmət edir.
Qeyd edək ki, "Nar" təhsilə və gənclərin inkişafına dəstəyi korporativ sosial məsuliyyət fəaliyyətlərinin əsas istiqamətlərindən biri kimi müəyyən edib. Şirkət qəbul imtahanlarında yüksək nəticə göstərən tələbələrin mükafatlandırılması, nitq və eşitmə məhdudiyyətli şəxslər üçün peşə təlimlərinin təşkili, eləcə də müxtəlif təhsil və inkişaf layihələrinin dəstəklənməsi vasitəsilə gənclərin bilik və bacarıqlarının artırılmasına töhfə verir.
Источник: news.day.az
Комментарии
Загрузка…
Оставить комментарий