- Главное управление дорожной полиции обратилось к водителям, возвращающимся из поездок.
- В связи с праздниками ожидается увеличение интенсивности движения на дорогах.
- Полиция призывает соблюдать правила безопасности, выезжать в светлое время суток, не садиться за руль уставшим.
İdarədən Day.Az -a verilən məlumata görə, bayramlarla əlaqəli qeyri-iş günlərində bölgələrə səfər etmiş əhalinin daimi yaşayış yerlərinə qayıtması ilə yollarda hərəkət intensivliyi artacaqdır.
"Baş Dövlət Yol Polisi İdarəsi hərəkət iştirakçılarına müraciət edərək tətil günlərinin xoş əhval-ruhiyyə ilə başa çatması üçün təhlükəsizlik qaydalarına əməl etməyi, mümkün qədər günün işıqlı vaxtı yola çıxmağı, yorğun, yuxusuz sükan arxasına əyləşməməyi xahiş edir.
Xüsusilə sürücüləri yola çıxmazdan əvvəl nəqliyyat vasitələrinin texniki sazlığına diqqət yetirməyə, yol və hava şəraitini düzgün qiymətləndirməyə, yolboyu ötmə və manevretmə qaydalarına, sürət rejiminə ciddi əməl etməyə çağırırıq", - deyə müraciətdə bildirilir.
Источник: news.day.az
Комментарии
Загрузка…
Оставить комментарий