Azərbaycan Cüdo Federasiyasından Day.Az -a verilən məlumata görə, 66 kq çəki dərəcəsində çıxış edən Məhəmməd Musayev bütün rəqiblərinə qalib gəlib.

Cüdoçu finaladək Almaniya, Xorvatiya, Belçika və Macarıstan təmsilçilərini mübarizədən kənarlaşdırıb.

Məhəmməd həlledici görüşdə Serbiya idmançısı Marko Yorqiçi ipponla məğlub edərək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Aktivində 1 qızıl medal olan yığma medal sıralamasında oğlanlar arasında birinci, ümumi hesabda isə 5-ci pillədə qərarlaşıb.