- Регистрация на экзамены по специальным способностям заканчивается 2 июня в 23:59.
- Экзамены проводятся для поступления в вузы (V группа специальностей) и средние специальные учебные заведения на базе 11 классов.
- Абитуриенты могут зарегистрироваться максимум в 4 комиссии по одному направлению.
- Ограничения по баллам по предметам не применяются.
- Абитуриенты, сдавшие вступительный экзамен не на азербайджанском языке, могут зарегистрироваться, даже если первый экзамен по азербайджанскому языку был неудовлетворительным, но для участия в конкурсе им нужно получить 'удовлетворительно' на второй попытке 21 июня.
Qabiliyyət imtahanlarına qeydiyyat gələn həftə bitir.
Day.Az Dövlət İmtahan Mərkəzinə istinadən xəbər verir ki, 2026/2027-ci tədris ili üçün ali təhsil müəssisələrinin (V ixtisas qrupu) və tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisasları üzrə qabiliyyət imtahanlarında iştirak etmək istəyən abituriyentlərin (subbakalavrların) elektron qeydiyyatı 2 iyun saat 23:59-da bitir.
Abituriyentlər ali və tam orta təhsil bazasından orta ixtisas təhsili müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisaslarının aid olduğu 1 istiqamət üzrə ən çox 4 komissiyadan qeydiyyatdan keçə bilərlər.
Fənlər üzrə bal məhdudiyyəti tətbiq olunmur. Qəbul (buraxılış) imtahanını Azərbaycan dilindən fərqli dildə verən abituriyentlərin Azərbaycan dili (dövlət dili) üzrə imtahanının ilk cəhdinin nəticəsi "qeyri-məqbul" olsa belə, qeydiyyatdan keçə bilərlər. Lakin bu abituriyentlərin nəzərinə çatdırırıq ki, onlar 21 iyun tarixində keçiriləcək Azərbaycan dili (dövlət dili) üzrə imtahanının ikinci cəhdində "məqbul" aldıqları təqdirdə müsabiqəyə buraxılacaqlar.
Источник: news.day.az
Комментарии
Загрузка…
Оставить комментарий