Araşdırmalara əsasən, likopin daha yaxşı mənimsənilməsi üçün pomidoru bitki yağı, xüsusilə zeytun yağı ilə birlikdə yemək tövsiyə olunur. Sarımsaq, soğan, qoz-fındıq, balqabaq tumu və omeqa-3 ilə zəngin balıq məhsulları da pomidorun qoruyucu təsirini artırır.

Mütəxəssislər pomidorun bişmiş və ya sous formasında istifadəsinin likopinin orqanizm tərəfindən daha yaxşı qəbul edilməsinə kömək etdiyini vurğulayırlar. Bundan əlavə, pomidor kaliumla zəngin olduğu üçün qan təzyiqinin tənzimlənməsinə də müsbət təsir göstərir.