- Президент Ильхам Алиев заявил, что сила и возможности Азербайджана растут с каждым днем.
- Он выступил на встрече с жителями села Бёюк Галадарасы в Шуше.
- Алиев отметил, что за 5 лет восстановлены разрушенные армянами земли, что под силу только сильному государству.
- Основой сильного государства является единство народа и власти.
- Алиев также обратился к жителям Лачина, напомнив, что они под наблюдением.
"Dəmir yumruq" hesabına, xalqımızın birliyi hesabına, Ordumuzun qüdrəti, şəhidlərimizin qanı-canı bahasına bu gün buradayıq və bundan sonra bizi heç kim buradan tərpədə bilməz. Əksinə, hər gün gücümüz artır, imkanlarımız artır. Bölgədə söz sahibiyik.
Day.Az xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev Şuşanın Böyük Qaladərəsi kəndində sakinlərlə görüşündə deyib.
"Ermənilər tərəfindən viran qoyulmuş bu torpaqları, şəhər və kəndləri artıq beş ildir ki, bərpa edirik. Özü də necə? Dünyada bunun tayı-bərabəri yoxdur. Cəmi 5 il ərzində bu qədər iş görmək - ancaq bunu güclü dövlət edə bilər. Bu güclü dövlətin əsasını xalq-iqtidar birliyi təşkil edir.
Sizə isə bundan sonra ancaq cansağlığı. Bu gözəl havanı udun, gözəl suyu için, gözəl mənzərələrə tamaşa edin ki, könül açılsın, adamın zövqünü oxşasın.
Mən laçınlılarla görüşəndə, Laçın şəhərinə biz ilk keçmiş köçkünləri qaytaranda elə oturmuşdum ki, bu mənzərə elə düz gözümün qabağında idi. Dedim ki, bilin ha, biz sizi görürük buradan. Özünüzü yaxşı aparın" - Prezident İlham Əliyev bildirib.
Источник: news.day.az
Комментарии
Загрузка…
Оставить комментарий