- В январе-марте 2026 года Азербайджан экспортировал в Турцию 2,339 млрд кубометров газа на сумму 612 млн долларов.
- По сравнению с аналогичным периодом прошлого года экспорт в денежном выражении снизился на 6,3%, а в объемном — вырос на 3,1%.
- Всего за первый квартал 2026 года Азербайджан экспортировал газ в 8 стран на сумму 1,883 млрд долларов (6,257 млрд кубометров).
- Импорт газа Азербайджаном из Ирана в январе-марте 2026 года составил 134,3 млн кубометров на сумму 9,041 млн долларов, снизившись на 7,8% по объему.
Day.Az bu barədə Azərbaycanın Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Məlumata görə, ötən ilin eyni dövrü ilə müqayisədə bu göstərici məbləğ ifadəsində 41 milyon ABŞ dolları və ya 6,3% azalıb, həcminə görə isə 72,5 milyon kubmetr və ya 3,1% artıb.
Ümumilikdə, 2026-cı ilin yanvar-mart aylarında Azərbaycandan 8 ölkəyə 1,883 milyard ABŞ dolları dəyərində 6,257 milyard kubmetr təbii qaz (qaz halında) ixrac edilib. Bu, keçən ilin eyni dövrü ilə müqayisədə dəyər baxımından 322,4 milyon ABŞ dolları və ya 14,6% az, həcm baxımından isə 357,9 milyon kubmetr və ya 6,1% çoxdur.
Bundan başqa, 2026-cı ilin ilk rübündə Azərbaycan cəmisi bir ölkədən - İran İslam Respublikasından 9,041 milyon ABŞ dolları dəyərində 134,3 milyon kubmetr təbii qaz (qaz halında) idxal edib. Ötən ilin eyni dövrü ilə müqayisədə Azərbaycana xaricdən təbii qaz idxalı dəyər ifadəsində 13,4 milyon ABŞ dolları və ya 2,5 dəfə, həcm baxımından isə 11,3 milyon kubmetr və ya 7,8% azalıb.
Источник: news.day.az
Комментарии
Загрузка…
Оставить комментарий