- В Гааге состоялся официальный прием по случаю Дня независимости Азербайджана, организованный посольством.
- Посол Азербайджана Мамед Ахмедзаде подчеркнул роль Гейдара Алиева и Ильхама Алиева в развитии страны.
- Создание Азербайджано-Нидерландской торговой палаты отмечено как важный шаг в двусторонних отношениях.
- Нидерландский чиновник Эрик Вестстрате поблагодарил Азербайджан за помощь в эвакуации дипломатов из Ирана.
- Упоминается проведение 13-й сессии Всемирного форума по градостроительству ООН в Баку.
Bu barədə Day.Az -а səfirlikdən məlumat verilib.
Bildirilib ki, tədbirdə Niderlandın Kral Sarayının, hökumətinin, parlamentinin, əyalət və şəhər meriyalarının nümayəndələri, Haaqada fəaliyyət göstərən beynəlxalq təşkilatların və diplomatik korpusun rəhbərləri, işgüzar və akademik dairələrin, media və dini icmaların təmsilçiləri, eləcə də Azərbaycan diasporunun üzvləri iştirak ediblər.
Tədbir Azərbaycan Respublikasının və Niderland Krallığının Dövlət himnlərinin səsləndirilməsi ilə başlayıb.
Azərbaycanın Niderlanddakı səfiri Məmməd Əhmədzadə 28 May - Müstəqillik Gününün Azərbaycan tarixində xüsusi yer tutduğunu vurğulayıb. Diplomat Ümummilli Lider Heydər Əliyevin müəyyən etdiyi inkişaf strategiyasının Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini və bunun nəticəsində Azərbaycanın regionun aparıcı dövlətlərindən birinə çevrildiyini bildirib.
Səfir çıxışında Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin ərazi bütövlüyü və suverenliyinin tam bərpası istiqamətində əldə olunan nailiyyətlərdən, regionda dayanıqlı sülhün təmin olunması məqsədilə həyata keçirilən təşəbbüslərdən də bəhs edib. O, Azərbaycan ilə Niderland arasında siyasi dialoqun, qarşılıqlı səfərlərin, ticarət əlaqələrinin və investisiya əməkdaşlığının son illərdə nəzərəçarpacaq dərəcədə genişləndiyini diqqətə çatdırıb.
M.Əhmədzadə bir neçə gün əvvəl nüfuzlu şirkətlərin təşəbbüsü ilə yaradılmış Azərbaycan-Niderland Ticarət Palatasının təqdimatının tədbir çərçivəsində keçirilməsini iki ölkə arasında münasibətlərin inkişafının mühüm göstəricisi kimi dəyərləndirib. Diplomat, həmçinin 2026-cı ilin Azərbaycanda "Şəhərsalma və Memarlıq İli" elan olunmasını və Bakıda keçirilən BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının (WUF13) yüksək səviyyədə təşkilini xüsusi vurğulayıb.
O, Niderlandın forumda geniş nümayəndə heyəti ilə iştirakını yüksək qiymətləndirib, forumun təşviqi məqsədilə Niderlandın müxtəlif əyalət və şəhərlərinə səfərləri zamanı Azərbaycan bayrağının rəsmi binalar önündə dalğalandırılmasını dostluq münasibətlərinin təzahürü kimi dəyərləndiribdir.
Niderland Xarici İşlər Nazirliyinin Avropa İdarəsinin rəisi Erik Veststrate çıxışında Azərbaycan dilində Müstəqillik Günü münasibətilə təbriklərini çatdırıb. O, Azərbaycanı Niderland üçün mühüm tərəfdaş adlandıraraq, iki ölkə arasında siyasi və iqtisadi əlaqələrin dinamik inkişaf etdiyini bildirib. Veststrate Yaxın Şərqdəki gərginlik fonunda Niderland diplomatlarının İrandan Azərbaycan vasitəsilə təxliyəsinə göstərilən dəstəyə görə Azərbaycan hökumətinə minnətdarlığını ifadə edib.
Niderland rəsmisi iqtisadi əməkdaşlığın ikitərəfli münasibətlərin əsas sütunlarından biri olduğunu qeyd edərək, yeni yaradılmış Azərbaycan-Niderland Ticarət Palatasının bu əlaqələrin daha da güclənməsinə töhfə verəcəyinə inandığını bildirib. O, Azərbaycanın beynəlxalq tədbirlərə ev sahibliyi edən mühüm platformaya çevrildiyini də vurğulayıb.E. Veststrate bir neçə gün əvvəl Bakıda Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının uğurla təşkil olunduğunu bildirib.
Tədbirdə çıxış edən Haaqa şəhərinin meri Yan van Zanen isə Bakıda keçirilmiş WUF13-də iştirakından danışaraq, forumun yüksək səviyyədə təşkil olunduğunu qeyd edib. Mer Azərbaycanın inkişafından, Bakının zəngin tarixi-mədəni irsindən və iki ölkə arasında əməkdaşlığın genişləndirilməsi üçün mövcud potensialdan təsirləndiyini bildirib.
Daha sonra tədbir iştirakçılarına Bakıda keçirilmiş Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasına həsr olunmuş videoçarx nümayiş etdirilib.
Tədbir çərçivəsində yeni yaradılmış Azərbaycan-Niderland Ticarət Palatasının təqdimatı da keçirilib. Təqdimatda NEQSOL Holding, Royal Dutch LV Logistics, Damen Shipyards, Royal Haskoning, Signify, Van Oord, TAMM Solutions, TRAST BV, AZ Legal Services və BDO kimi şirkətlərin rəhbərləri iştirak ediblər.
Çıxış edən natiqlər qeyd ediblər ki, təsisçi şirkətlərin əksəriyyəti uzun illərdir Azərbaycan və Niderland arasında iqtisadi əməkdaşlığın inkişafına mühüm töhfələr verir. Bildirilib ki, Palatanın əsas məqsədi biznes dairələri arasında əlaqələri genişləndirmək, yeni tərəfdaşlıqların qurulmasını təşviq etmək və iqtisadi əməkdaşlıq üçün institusional platforma yaratmaqdır.
Tədbirin mədəni hissəsində Amsterdamdan olan "Watergang Kwartet" musiqi qrupu çıxış edib. Bir müddət əvvəl Azərbaycan xalq mahnısı "Qalalı"nı özünəməxsus tərzdə ifa etməklə sosial şəbəkələrdə böyük maraq doğuran kollektiv tədbir üçün xüsusi musiqi proqramı hazırlayıb.
Konsert proqramında "Qalalı" xalq mahnısı, Üzeyir Hacıbəylinin "Arşın mal alan" operettasından "Əsgərin mahnısı", "O olmasın, bu olsun" operettasından "Darçını" rəqsi, Fikrət Əmirovun "Göygöl" əsəri və Pieter Goemansın məşhur "Aan de Amsterdamse Grachten" əsəri səsləndirilib.
Источник: news.day.az
Комментарии
Загрузка…
Оставить комментарий