Mayın 26-da Azərbaycanda istehsal olunan mallar Ermənistana ixrac olunub.

Bu barədə Day.Az -a Dövlət Gömrük Komitəsindən məlumat verilib.

Bildirilib ki, 5911.21 ABŞ dollar dəyərində 1 ton 497 kiloqram çəkisi olan

"bina və qurğuların istilik izolyasiyası üçün ekstruziyalı polistrol köpük lövhələr"

dən ibarət mallar müvafiq gömrük prosedurları həyata keçirildikdən sonra Ermənistan Respublikası istiqamətinə yola düşüb.