- В Нахичевани проведен осмотр дорожных знаков на улицах и проспектах.
- Выявлены знаки, не соответствующие стандартам, непригодные или с истекшим сроком эксплуатации.
- Принято решение заменить их на современные стандартные знаки.
- На начальном этапе обновлено 650 дорожных знаков.
- Процесс замены продолжается.
Bu barədə Day.Az -a Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) istinadən xəbər verir.
Məlumata əsasən, standartlara və normativ-texniki tələblərə cavab verməyən, yararsız vəziyyətdə olan, istismar müddəti bitmiş yol nişanlarının müəyyən edilməsi istiqamətində iş aparılıb.
Monitorinqin nəticələrinə əsasən, sözügedən yol nişanlarının müasir standartlara uyğun yeniləri ilə əvəzlənməsi zəruri hesab edilib.
Hazırda Naxçıvanda müvafiq yol nişanlarının standartlara uyğun dəyişdirilməsi həyata keçirilir.
İlkin mərhələdə 650 yol nişanı yenilənib. Proses davam etdirilir.
Источник: news.day.az
Комментарии
Загрузка…
Оставить комментарий