- Госсекретарь США Марко Рубио заявил, что проливы на Ближнем Востоке останутся открытыми любой ценой.
- США нанесли удары по иранским объектам в рамках самообороны.
- Переговоры о возможном соглашении с Тегераном могут занять еще несколько дней.
- CENTCOM подтвердил удары по югу Ирана для защиты от угроз со стороны ВС Ирана.
Yaxın Şərqdəki boğazlar nəyin bahasına olursa olsun, açıq qalacaq.
Day.Az xəbər verir ki, bu barədə ABŞ-nin dövlət katibi Marko Rubio amerikalı hərbçilərin İran obyektlərinə endirdiyi zərbələri şərh edərkən bildirib.
"Boğazlar açıq olmalıdır və bu, təmin ediləcək",- deyə ABŞ diplomatiyasının rəhbəri vurğulayıb.
O əlavə edib ki, Tehranla mümkün razılaşmanın detalları üzrə danışıqların yekunlaşdırılması daha bir neçə gün çəkə bilər.
Bundan əvvəl ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Kommandanlığı (CENTCOM) İranın cənubuna zərbələrin endirildiyini təsdiqləyib. Komandanlığın nümayəndəsinin sözlərinə görə, bu addımlar amerikalı hərbi qulluqçuların İran Silahlı Qüvvələrindən qaynaqlanan təhdidlərdən qorunması məqsədilə özünümüdafiə çərçivəsində atılıb.
Источник: news.day.az
Комментарии
Загрузка…
Оставить комментарий