Lakin Əmək Məcəlləsində işçinin öz təşəbbüsü ilə əmək müqaviləsinə xitam verilməsi halında ona işdənçıxarma müavinətinin və ya buna görə kompensasiyanın verilməsi nəzərdə tutulmamışdır.

Konstitusiya Məhkəməsi Plenumunun 15 aprel 2024-cü il tarixli Qərarına əsasən əmək müqaviləsinə işçinin təşəbbüsü ilə xitam verilərkən işəgötürən tərəfindən işçiyə könüllü şəkildə ödənilən vəsait (müavinət, kompensasiya və s.) hüquqi xarakteri və təyinatı baxımından işdənçıxarma müavinətinə aid edilmir və işçi işdən azad olunanda ona bu halda işdənçıxarma müavinəti verilmir.