- Лейла Алиева посетила Масаллы
- Она посетила Джума-мечеть в Масаллы
- Мечеть построена в 1846 году
- Мечеть отреставрирована и внесена в список памятников в 2001 году
- Лейле Алиевой подарили Коран
Day.Az AZƏRTAC -a istinadən xəbər verir ki, səfər çərçivəsində Leyla Əliyeva rayonun tarixi və dini-mədəni abidələrindən biri olan Masallı Cümə məscidini ziyarət edib, məscidin tarixi və memarlıq xüsusiyyətləri ilə yaxından tanış olub.
Bildirilib ki, Masallı şəhərinin mərkəzində yerləşən Cümə məscidi 1846-cı ildə şəhər sakinləri və yerli xeyriyyəçilərin maliyyə dəstəyi ilə inşa olunub. Müstəqillik illərində məscid bərpa edilərək yenidən ibadətgah kimi fəaliyyətə başlayıb. Sonrakı illərdə dövlət tərəfindən əsaslı təmir olunan məscid 2001-ci ildə yerli əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələri siyahısına daxil edilib.
Sonda Leyla Əliyevaya "Qurani-Kərim" hədiyyə olunub.
Источник: news.day.az
Комментарии
Загрузка…
Оставить комментарий