Bu barədə Day.Az -а Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Müdafiə Nazirliyinin Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsinin təşkilatçılığı ilə keçirilən səfərdə 18 ölkənin hərbi attaşelik aparatlarının 26 nümayəndəsi iştirak edib.

Tədbir çərçivəsində qonaqlara DSX-nin fəaliyyəti barədə ümumi məlumat verildikdən sonra "Siyasi repressiya qurbanları" muzeyi ziyarət edilib.