Ölkəmizə səfəri çərçivəsində Azərbaycan Prezidenti ilə görüşünü məmnunluqla xatırlayan Esvatini Kralı BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının (WUF13) yüksək səviyyədə təşkil edildiyini deyərək, bununla bağlı təbriklərini çatdırdı.

Leyla Əliyeva təbriklərə və xoş sözlərə minnətdarlığını bildirdi, öz növbəsində WUF13-ün dünyanın müxtəlif ölkələri arasında şəhərsalma sahəsində təcrübə mübadiləsi aparmaq üçün uğurlu platforma olduğunu dedi.

Görüşdə Azərbaycan-Esvatini ikitərəfli əlaqələrinin inkişafı üçün yaxşı imkanların olduğu bildirildi, Heydər Əliyev Fondu ilə bu ölkə arasında mümkün əməkdaşlığın perspektivləri müzakirə olundu.