- Глобальная урбанистическая повестка стала основной частью международной политики развития.
- Директор SDSN Джеффри Сакс выступил на пресс-конференции в рамках WUF13 в Баку.
- SDSN объединяет более 2000 университетов из 170 стран, цель — охватить все 193 государства-члена ООН.
- WUF13 проходит с 22 мая под лозунгом 'Жилье для всех: безопасные и устойчивые города и населенные пункты'.
- В форуме участвуют более 40 000 человек из 182 стран.
"Şəhərlərin uğuru bütövlükdə dünya inkişafının dayanıqlılığı ilə birbaşa bağlıdır", - deyə o bildirib.
Saks qeyd edib ki, SDSN dünya üzrə 2000-dən çox universiteti birləşdirir və təxminən 170 ölkəni əhatə edir.
"Şəbəkə 14 il əvvəl BMT-nin keçmiş Baş katibi Ban Ki Munun iştirakı ilə yaradılıb və BMT-nin hazırkı rəhbərliyi ilə tərəfdaşlıq çərçivəsində fəal şəkildə inkişaf etməyə davam edir. SDSN dünya üzrə 2000-dən çox universiteti birləşdirərək 170-dən artıq ölkəni əhatə edir. Məqsədimiz BMT-yə üzv olan bütün 193 dövlətdə təmsil olunmaqdır", - deyə o bildirib.
Onun sözlərinə görə, şəbəkənin fəaliyyəti akademik və tədqiqat institutlarının iştirakı vasitəsilə dünya əhalisinin 90 faizindən çoxunu əhatə edir.
Qeyd edək ki, bu gün Bakıda WUF13-ün üçüncü günü keçirilir.
Forumun ilk günündə Yeni Şəhər Gündəliyinə həsr olunmuş nazirlər görüşü, nazirlərin dəyirmi masası, qadın və vətəndaş cəmiyyəti assambleyaları, biznes sessiyaları və şəhərlərin rifahı ilə bağlı müzakirələr baş tutub. Forum çərçivəsində həmçinin BMT və Azərbaycan bayraqlarının qaldırılması mərasimi keçirilib.
Forumun ikinci günü ilk dəfə təşkil olunan Liderlər Sammiti ilə diqqət çəkib. Həmin gün qlobal mənzil böhranı, urbanizasiya siyasəti və şəhərlərin dayanıqlılığına həsr olunmuş yüksək səviyyəli müzakirələr keçirilib. Eyni zamanda, WUF13 çərçivəsində Mexiko şəhərinin pavilyonunun açılışı olub. Pavilyon Latın Amerikası regionu ilə əməkdaşlığın genişləndirilməsi və WUF14-ə hazırlıq üçün mühüm platforma kimi təqdim edilib.
182 ölkədən 40 mindən çox iştirakçının qeydiyyatdan keçdiyi WUF13 mayın 22-dək davam edəcək. "Hamı üçün mənzil: təhlükəsiz və dayanıqlı şəhərlər və yaşayış məntəqələri" şüarı ilə keçirilən forum şəhərlərin dayanıqlı inkişafı sahəsində qlobal əməkdaşlığın gücləndirilməsi məqsədilə hökumətləri, beynəlxalq təşkilatları, ekspertləri və vətəndaş cəmiyyəti nümayəndələrini bir araya gətirir.
Комментарии
Загрузка…
Оставить комментарий