- WUF13 проходит в Баку с 17 по 22 мая
- Форум организован UN-Habitat и правительством Азербайджана
- Украинский вице-премьер назвал форум платформой для демонстрации возможностей восстановления
- Тема форума: 'Жилье для всех: безопасные и устойчивые города и населенные пункты'
- Форум объединяет правительства, сообщества, экспертов и партнеров для обмена опытом
"Bu, təkcə ehtiyaclarımızı deyil, həm də bərpa məsələlərində imkanlarımızı və potensialımızı nümayiş etdirmək üçün inanılmaz bir platformadır, çünki bu sahədə geniş təcrübəmiz var. Əlbəttə ki, bu təcrübəyə sahib olmaq istəməzdik, amma təəssüf ki, bizdə var. Biz bunu bölüşməyə və dostlarımızı dəstəkləməyə hazırıq", - deyə o bildirib.
Qeyd edək ki, WUF13 mayın 17-dən 22-dək BMT-nin Məskunlaşma Proqramı (UN-Habitat) və Azərbaycan hökumətinin əməkdaşlığı çərçivəsində Bakıda keçirilir.
Tədbirin proqramı mənzil təminatı məsələsi kimi dünyanın ən aktual problemlərindən birinin müzakirəsi üçün müxtəlif maraqlı tərəfləri və həmfikir qrupların nümayəndələrini bir araya gətirir.
"Hamı üçün mənzil: təhlükəsiz və dayanıqlı şəhərlər və yaşayış məntəqələri" mövzusuna həsr olunmuş WUF13 tədbiri dünyanın müxtəlif ölkələrinin milli hökumətlərini, eləcə də icmaları, mütəxəssisləri və tərəfdaşları fikir mübadiləsi aparmaq, siyasi yanaşmalar formalaşdırmaq və dayanıqlı şəhər inkişafı sahəsində həll yollarının tapılması istiqamətində fəaliyyəti sürətləndirmək üçün bir araya gətirir.
Proqram praktiki və həll yönümlü platformalar, həmçinin interaktiv görüş formatları vasitəsilə yüksək səviyyəli müzakirələrin aparılması üçün imkan yaradır və qlobal siyasətin yerli təcrübəyə əsaslanmasını təmin edir.
Источник: news.day.az
Комментарии
Загрузка…
Оставить комментарий