Sistem düşmən raketlərini uçuşun ilkin mərhələsində məhv etməyə hesablanıb. Peyklərin orbitdə təxminən 5 il fəaliyyət göstərəcəyi, hər il isə 1600 yeni peykin buraxılacağı bildirilir.

Konqresin Büdcə İdarəsinin hesablamasına görə, layihənin ümumi dəyəri 1,2 trilyon dollar ola bilər. Bununla yanaşı, hesabatda sistemin böyük nüvə hücumlarına qarşı tam müdafiə təmin etməyəcəyi qeyd olunub.