- Польский посол при ООН Кшиштоф Щерский выступил на совместном закрытии Ассамблей WUF13.
- WUF13 рассматривается как незаменимая платформа для многостороннего развития и локализации устойчивого развития.
- Прозвучали призывы включить проблемы местных и региональных властей в основную повестку жилищной и городской политики.
- Обсуждалось влияние климатических проблем на градостроительство и расселение.
- Подчеркнута важность участия частного сектора в обеспечении адекватного уровня воды, энергии и цифровых решений в строящихся домах.
WUF13 ümumi öhdəliklərin yerinə yetirilməsi baxımından əvəzsiz rol oynayacaq.
Day.Az Trend -ə istinadən xəbər verir ki, bunu Polşanın BMT-dəki daimi nümayəndəsi və səfir Krzysztof Szczerski Birləşmiş Millətlər Təşkilatının (BMT) Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində Assambleyaların birgə bağlanış sessiyasında bildirib.
Onun sözlərinə görə, danışıqlar masasına çoxtərəfli inkişaf və dayanıqlı inkişafın lokallaşdırılması üçün əvəzolunmaz platforma kimi baxılır:
"Yerli və regional hökumətlərin qarşılaşdığı problemlərin mənzil və şəhər siyasətinin əsas gündəliyinə daxil edilməsi ilə bağlı çağırışlar səsləndirildi, həmçinin iqlim problemlərinin şəhərsalma sahəsinə, məskunlaşmaya təsiri müzakirə olundu. Siyasətlər bu baxımdan adaptasiya olunmalı, şəhər vizyonu gündəlik fəaliyyətlərdə öz əksini tapmalıdır. Tikilən evlər su, enerji və rəqəmsal həllər baxımından adekvat səviyyəyə gətirilməlidir. Bu prosesdə özəl sektorun iştirakı da mühüm əhəmiyyət daşıyır", - o qeyd edib.
Источник: news.day.az
Комментарии
Загрузка…
Оставить комментарий