- Директор PwC Гюнель Садиева выступила на сессии Всемирного урбанистического форума в Баку.
- В Азербайджане с 1990-х годов сформировалась модель, где значительная часть населения владеет жильем, но многие дома устарели.
- Для решения проблемы применяются пилотные проекты: снос старых домов и строительство новых частными девелоперами на переданной земле.
- В Казахстане также применяются аналогичные подходы с привлечением частных компаний для обновления жилого фонда.
- Садиева подчеркнула важность совершенствования нормативно-правовой базы для развития ГЧП.
Onun sözlərinə görə, postsovet məkanında, o cümlədən Azərbaycanda 1990-cı illərin əvvəllərindən etibarən əhalinin əhəmiyyətli hissəsinin mənzilə sahib olduğu model formalaşıb.
"Lakin onilliklər sonra bu evlərin bir çoxu köhnəlib və təhlükəli vəziyyətə düşüb ki, bu da onların yenilənməsi və yeni mənzillərlə əvəz olunması zərurətini yaradıb.
Azərbaycanda bu problemin həlli üçün "pilot layihələr" adlandırılan mexanizm tətbiq olunur. Bu çərçivədə köhnə yaşayış binaları sökülür, onların yerində isə özəl devloperlər tərəfindən müasir yaşayış kompleksləri inşa edilir. Eyni zamanda tikinti üçün torpaq özəl sektora verilir ki, bu da yeni mənzillərin bazar prinsipləri əsasında satışı hesabına xərclərin kompensasiya edilməsinə imkan yaradır", - deyə direktor bildirib.
O həmçinin xatırladıb ki, regionun digər ölkələrində, o cümlədən Qazaxıstanda da oxşar yanaşmalar tətbiq olunub. Belə ki, sakinlərin köçürülməsini təmin etmək öhdəliyi ilə köhnə yaşayış fondunun yenilənməsinə özəl şirkətlər cəlb edilib.
G.Sadıyeva ayrıca olaraq dövlət-özəl tərəfdaşlığının inkişafı üçün normativ-hüquqi bazanın təkmilləşdirilməsinin vacibliyini vurğulayıb.
Комментарии
Загрузка…
Оставить комментарий