- Япония на форуме WUF13 заявила о приоритете устойчивых городов и сейсмостойкой инфраструктуры.
- Замминистра инфраструктуры Японии Шиоми Хидеюки сообщил о расширении стандартов сейсмостойкого строительства.
- Япония применяет принцип 'лучшее восстановление и реконструкция' в зонах крупных разрушений.
- Япония делится опытом с международными партнерами в рамках сотрудничества с ООН.
- Япония проведет мероприятие 'Green Episode 2027' в Иокогаме в следующем году.
Dayanıqlı şəhərlər və zəlzələyə davamlı infrastruktur prioritetdir.
Trend xəbər verir ki, bunu BMT-nin Məskunlaşma Proqramı (UN-Habitat) tərəfindən təşkil edilən Dünya Şəhər Forumu (WUF13) çərçivəsində keçirilən nazirlərin dəyirmi masasında Yaponiya İnfrastruktur nazirinin müavini Şiomi Hideyuki deyib.
Yaponiya rəsmisi bildirib ki, ölkə infrastrukturun inkişafı çərçivəsində zəlzələyə davamlı tikinti standartlarını genişləndirərək binaların ümumi dayanıqlılığını artırmağa çalışır. O qeyd edib ki, böyük dağıntıların baş verdiyi ərazilərdə "daha yaxşı bərpa və yenidənqurma" prinsipi əsasında kompleks yenidənqurma işləri həyata keçirilir.
Rəsmiyə görə, Yaponiya dayanıqlı şəhər inkişafı və milli ərazi planlaşdırılması çərçivəsində nəqliyyat və şəbəkə infrastrukturunu gücləndirir, həmçinin regionlara yaradıcı insan resurslarının cəlb olunmasını təşviq edir.
O bildirib ki, Yaponiya BMT ilə əməkdaşlıq çərçivəsində mənzil problemlərinin həlli və şəhər inkişafı sahəsində əldə etdiyi təcrübəni beynəlxalq tərəfdaşlarla bölüşür.
Yaponiya rəsmisi qeyd edib ki, ölkə fəlakət risklərinin azaldılması, təbii fəlakətlərdən sonrakı bərpa və yenidənqurma, dayanıqlı şəhərsalma, eləcə də əlçatan mənzil təminatı kimi sahələrdə bilik və təcrübəsini paylaşmağa davam edəcək.
Eyni zamanda vurğulanıb ki, bu təşəbbüslərin effektivliyi üçün bütün ölkələr üçün açıq olan platformaların yaradılması vacibdir və Yaponiya BMT ilə əməkdaşlıqda bu istiqamətdə səylərini davam etdirir.
Rəsmisi əlavə edib ki, Yaponiya gələn il Yokohamada "Green Episode 2027" tədbirinə ev sahibliyi edəcək.
Источник: news.day.az
Комментарии
Загрузка…
Оставить комментарий