Misli Premyer Liqasında 32-ci tur davam edir.
Day.Az Trend-ə istinadən xəbər verir ki, ikinci oyun günündə daha iki matç keçiriləcək. Həm "Qarabağ"ın, həm də "Turan Tovuz"un gümüş medal qazanmaq şansı qaldığı üçün bu komandaların oyunları eyni vaxtda start götürəcək.
"Qarabağ" öz meydanında "İmişli"ni qəbul edəcək. Hazırda Ağdam klubu 63 xalla 2-ci, İmişli təmsilçisi isə 33 xalla 9-cu pillədə qərarlaşıb. Bu komandaların cari mövsümdəki qarşılaşmalarında "Qarabağ"ın üstünlüyü var. Qurban Qurbanovun komandası bu gün də "İmişli"yə qalib gəlsə, sona 1 tur qalmış ikinci yeri, avtomatik Avropa Liqasına vəsiqəni təmin edəcək.
"Turan Tovuz" isə səfərdə "Şamaxı"nın qonağı olacaq. Hazırda Tovuz klubu 59 xalla 3-cü, "Şamaxı" isə 35 xalla 8-ci yerdədir.
Baş hakim: Rəvan Həmzəzadə Şamaxı şəhər stadionu
17:00. "Qarabağ" - "İmişli" Baş hakim: Emin Əliyev Tofiq Bəhramov adına Respublika Stadionu
Источник: news.day.az
Комментарии
Загрузка…
Оставить комментарий