"Report" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Medianın İnkişafı Agentliyinin kommunikasiya şöbəsinin müdiri Səidə Şəfiyeva deyib.
"Bu, tərəfimizdən təşkil olunan artıq ikinci belə sessiyadır. Bu, WUF13-ə hazırlığın sistemli və strateji yanaşma əsasında aparıldığını göstərir. Məhz bu səbəbdən hazırlıq mərhələsində media ilə belə intensiv işin aparılması strateji yanaşmadır", - deyə Agentliyin rəsmisi bildirib.
Şöbə müdirinin sözlərinə görə, ilk sessiya daha çox ümumi çərçivəni təqdim edirdisə, bugünkü görüşdə mövzular daha konkret istiqamətlər - şəhərsalma, inklüzivlik, yaşıl nəqliyyat və strateji planlaşdırma kimi sahələr üzrə izah olundu. Bu isə jurnalistlərin mövzunu daha peşəkar və analitik yanaşma ilə işıqlandırmasına imkan yaradacaq.
"İnanırıq ki, bu kimi məlumatlandırma sessiyaları nəticəsində jurnalistlər WUF13 mövzularını daha dərindən anlayacaq və ictimaiyyətə daha keyfiyyətli məzmun təqdim edəcəklər", - deyə Səidə Şəfiyeva əlavə edib.
Источник: report.az
Комментарии
Загрузка…
Оставить комментарий