- Утвержден порядок проведения собеседования для учащихся, желающих обучаться на иностранном языке в государственных школах
- Собеседование проводится по языку обучения, который выбрал ученик
- Обучение осуществляется на основе государственных образовательных стандартов
Trend -in əldə etdiyi məlumata görə, müsahibələr müvafiq olaraq Naxçıvan Muxtar Respublikasının Təhsil Nazirliyi və ya Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin yerli bölmələri tərəfindən həyata keçiriləcək.
Müsahibələrin keçirilməsi məqsədilə müvafiq olaraq nazirlik və ya yerli bölmələr tərəfindən hər il aşağıdakı tərkibdə müsahibə komissiyaları yaradılacaq:
ibtidai təhsil səviyyəsində - tədris dili üzrə 3 nəfər ibtidai sinif müəllimindən ibarət (müşahidəçi qismində müvafiq olaraq nazirlik və ya yerli bölmənin əməkdaşı və psixoloq cəlb olunmaqla);
ümumi orta və tam orta təhsil səviyyələrində - tədris dili üzrə 2 nəfər müəllim və həmin dil üzrə 1 nəfər riyaziyyat müəllimindən ibarət (müşahidəçi qismində müvafiq olaraq nazirlik və ya yerli bölmənin əməkdaşı cəlb olunmaqla).
Uşağın (şagirdin) valideyni və ya digər qanuni nümayəndəsi onun müsahibədə iştirakı məqsədilə Elektron Hökumət İnformasiya Sistemində (EHİS) qeydiyyatdan keçəcək və ona EHİS-də elektron kabinet açılacaq. Ərizəçi elektron kabinetə daxil olaraq elektron ərizəni dolduracaq və onu təsdiq edəcək.
Источник: news.day.az
Комментарии
Загрузка…
Оставить комментарий