Day.Az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətinin məlumatında qeyd edilib.

Bildirilib ki, Avqustun 20-si gündüzdən şimal və qərb rayonlarından başlayaraq 21-i gündüzədək fasilələrlə yağış yağacağı gözlənilir.

"Ayrı-ayrı yerlərdə qısamüddətli leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Gözlənilən yağıntılarla əlaqədar çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli sel keçəcəyi istisna olunmur".