Abşeron rayonunun Masazır qəsəbəsində kişi qətlə yetirilib, arvadı saxlanılıb.

Day.Az Trend -ə istinadən xəbər verir ki, hadisə avqustun 19-da saat 12:00 radələrində baş verib.

Belə ki, 1978-ci il təvəllüdlü Əlsəfa Rəhimov kəsici-deşici alətlə qətlə yetirilib.

Polis əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində cinayət əməlini törətməkdə şübhəli bilinən mərhumun arvadı, 1983-cü il təvəllüdlü A. Əliyeva saxlanılaraq istintaqa təhvil verilib.