Day.Az -a açıqlamasında nəqliyyat eksperti Raqif Raufoğlu bildirib ki, bu, son vaxtların əsas aktual məsələlərindən biridir.
O, qeyd edib ki, bunu istehsalçı quraşdırdığına görə adətən hər hansı müdaxilə hesab olunmur.
"Əgər sözügedən avadanlıq istehsalçı tərəfindən qoyulmayıbsa burada müdaxilədən söhbət gedə bilər. Lakin məsələ ölkələrə görə dəyişir. Çox istərdik ki, bu məsələyə də müəyyən standartlar çərçivəsində baxılsın. Avropada bəzi avtomobillərdə, hətta Avropa markalarında belə əvvəlcə demək olar ki, bütün funksiyalar planşet tipli ekranlara keçirildi. Sonradan təhlükəsizliklə bağlı şikayətlər və hadisələrin təhlili göstərdi ki, bu, sürücünün diqqətini yayındıra bilər. Ona görə də ən azı bəzi əsas funksiyalar üçün fiziki düymələrin saxlanılması məsələsi gündəmə gəldi", - o deyib.
"Əgər sözügedən avadanlıq istehsalçı tərəfindən qoyulmayıbsa burada müdaxilədən söhbət gedə bilər. Lakin məsələ ölkələrə görə dəyişir. Çox istərdik ki, bu məsələyə də müəyyən standartlar çərçivəsində baxılsın. Avropada bəzi avtomobillərdə, hətta Avropa markalarında belə əvvəlcə demək olar ki, bütün funksiyalar planşet tipli ekranlara keçirildi. Sonradan təhlükəsizliklə bağlı şikayətlər və hadisələrin təhlili göstərdi ki, bu, sürücünün diqqətini yayındıra bilər. Ona görə də ən azı bəzi əsas funksiyalar üçün fiziki düymələrin saxlanılması məsələsi gündəmə gəldi"
, - o deyib.
Ekspert vurğulayıb ki, elə Çin avtomobilləri var kondisioner belə planşetdən idarə edilir, yəni fiziki düymə yoxdur:
"Bu, əslində, təhlükəli ola bilər. Müəyyən standart olmadığına görə belə avtomobillərin idxalına məhdudiyyət qoyula bilmir. Qəzalar konseptindən məsələyə yanaşdıqda isə sürücünün həmin anda monitora baxıb-baxmadığı, diqqətini konkret nəyin yayındırdığı kimi amillər ətraflı təhlil olunmalıdır. Bir çox ölkələrdə belə amillər ciddi şəkildə izlənilir, hesabatlara daxil edilir və əldə olunan nəticələr əsasında addımlar atılır. Bu gün artıq sürücünün avtomobildə oturub video platformalarında videolara, hətta filmlərə baxa-baxa avtomobil idarə etməsi kimi hallar da ortaya çıxıb. Halbuki əvvəllər radionu qoşanda belə avtomobillərdə sürücünün diqqətinin yayınmaması ilə bağlı xəbərdarlıqlar olurdu. İndi isə texnologiyanın inkişafı ilə elə bir mərhələyə gəlib çıxmışıq ki, sürücünün qarşısında böyük ekranlar var. Bu ekranlardan istifadə diqqəti ciddi şəkildə yayındıra bilər", - o bildirib.
"Bu, əslində, təhlükəli ola bilər. Müəyyən standart olmadığına görə belə avtomobillərin idxalına məhdudiyyət qoyula bilmir. Qəzalar konseptindən məsələyə yanaşdıqda isə sürücünün həmin anda monitora baxıb-baxmadığı, diqqətini konkret nəyin yayındırdığı kimi amillər ətraflı təhlil olunmalıdır. Bir çox ölkələrdə belə amillər ciddi şəkildə izlənilir, hesabatlara daxil edilir və əldə olunan nəticələr əsasında addımlar atılır. Bu gün artıq sürücünün avtomobildə oturub video platformalarında videolara, hətta filmlərə baxa-baxa avtomobil idarə etməsi kimi hallar da ortaya çıxıb. Halbuki əvvəllər radionu qoşanda belə avtomobillərdə sürücünün diqqətinin yayınmaması ilə bağlı xəbərdarlıqlar olurdu. İndi isə texnologiyanın inkişafı ilə elə bir mərhələyə gəlib çıxmışıq ki, sürücünün qarşısında böyük ekranlar var. Bu ekranlardan istifadə diqqəti ciddi şəkildə yayındıra bilər"
, - o bildirib.
Комментарии
Загрузка…
Оставить комментарий